|
| |
Şöbələr |
| |
|
| Funksional analiz şöbəsi |
| Struktur bölmənin rəhbəri: |
Nizaməddin Şirin oğlu İsgəndərov
Fizika-riyaziyyat elmləri doktoru, professor |
|
| |
|
|
| Tel: |
(050) 612-14-51; 438-81-51 |
|
| E-mail: |
nizameddin@hotbox.ru |
|
| İşçilərin ümumi sayı: |
20 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Operatorlar nəzəriyyəsi, Banax cəbrləri, funksional cəbr-lər və təsadüfi proseslərin tədqiqi. Diferensial operatorların spektral nəzəriyyəsinin və tərs məsələlərin tədqiqi. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Li operatorlar cəbri və yarımqruplarının invariant alt fəzaları; çəkili kompozisiya tipli operatorların strukturu və spektral xassələri; Banax fəzalarında operatorların spektr və ədədi oblastlarının strukturu; birtərtibli hiperbolik tənliklər sistemi üçün yarımoxda və bütün oxda düz və tərs səpilmə məsələləri; kəsilən əmsallı diferensial operatorların məxsusi funksiyalarının bazisliyi; qeyri-requlyar sərhəd məsələləri ücün məxsusi və qoşma funksiyalarının qat tamliğı; normallı cəbrlərdə tenzor radikallarının qurulması; Qalton-Vatson şaxələnən prosesləri ücün limit teoremləri; sərhəd şərtlərində kəsilmə olan Şturm-Liuvill operatoru ücün düz məsələ; normal operator əmsallı diferensial tənliklərin Qrin funksiyası; elliptik operator diferensial tənliklər ücün sərhəd məsələsinin həll olunanlığı. |
|
| |
|
|
| Riyazi analiz şöbəsi |
Struktur bölmənin rəhbəri: |
Rəhim Mikayıl oglu Rzayev
Fizika-riyaziyyat elmləri doktoru, professor |
|
| |
|
|
| Tel: |
(050) 579-10-56; 438-72-50 |
|
| E-mail: |
rrzaev@rambler.ru |
|
| İşçilərin ümumi sayı: |
19 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
İntegral operatorların müxtəlif fəzalarda məhdudluğu. Harmonik analiz aparatının riyazi fizikanın bəzi məsələlərinin həllinə tətbiqi, funksiyalar fəzalаrında daxilolma teoremləri. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Bəzi integral operatorlar üçün ikiçəkili bərabərsizliklər və çəkili Sobolev fəzalarında daxilolma teoremləri. Bessel diferensial operatorunun doğurduğu integral operatorlar üçün müxtəlif bərabərsizliklər və onların bəzi tətbiqləri. Dəyişən dərəcəli Lebeq və Morrey fəzalarının müxtəlif xassələri. Maksimal, potensial tipli inteqral və sinqulyar integral operatorun dəyişən dərəcəli Lebeq və Morrey fəzalarında məhdudluğu. Harmonic analizin bəzi operatorlarının orta ossilyasiya fəzalarında məhdudluğu. Periodik funksiyaların bürünməsinin hamarlıq modulunun ən yaxşı yaxınlaşma terminlərində qiymətləndirilməsi. |
|
| |
|
|
| Qeyri-harmonik analiz şöbəsi |
Struktur bölmənin rəhbəri: |
Bilal Telman oğlu Bilalov
Fizika-riyaziyyat elmləri doktoru, professor |
|
| |
|
|
| Tel: |
(012) 438-72-50 |
|
| E-mail: |
bilalov.bilal@gmail.com |
|
| İşçilərin ümumi sayı: |
24 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Öz-özünə qoşma olmayan diferensial operatorların spektral xassələrinin, onlara uyğun məxsusi və qoşma funksiyalar sistemlərinin bazislik xassələrinin və bununla bağlı Banax fəzalarında bazis nəzəriyyəsinin tələb etdiyi məsələlərin öyrənilməsi; müəyyən xətti və qeyri-xətti diferensial tənliklər üçün tərs və keyfiyyət məsələləri. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Kadets teoreminin sinus - kosinus analoqları alınmış, yaxın bazislər üzrə klassik Peli - Viner və Bari teoremlərinin banax ümumiləşmələri verilmiş, kompleks əmsallı eksponent sistemlərinin Lebeq fəzalarında bazisliyi, tamlığı və minimallığı öyrənilmiş, klassik Stoun-Veyerştrass teoreminin kompleks ümumiləşməsi verilmiş, Kostyucenko sisteminin bazisliyi ğöstərilmişdir; müəyyən həyəcanlanmış eksponent, kosinus və sinus sistemlərinin dəyişən dərəcəli Lebeq fəzalarında bazisliyi öyrənilmiş; adi diferensial operatorların məxsusi və qoşma funksiyalar sistemlərinin bazislik xassələri üzrə mühüm nəticələr alınmış və müəyyən sinif elliptik və parabolik tip tənliklərin keyfiyyət məsələləri öyrənilmişdir. Müəyyən sinif operator-diferensial tənliklərin korrekt həll olunması üçün kafi müəyyən mənada isə dəqiq şərtlər alınmışdır. |
|
| |
|
|
| Tətbiqi riyaziyyat şöbəsi |
Struktur bölmənin rəhbəri: |
Qabil Qəribxan oglu Əliyev
Fizika-riyaziyyat elmləri doktoru, professor |
|
| |
|
|
| Tel: |
(055) 767-74-34; (ev) 494-61-73 |
|
| E-mail: |
qabil_aliyev@yahoo.com |
|
| İşçilərin ümumi sayı: |
6 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Fiziki və kimyəvi dəyişən mühitlərdə elektromaqnit xüsusiy-yətlərinin dəyişməsi mexanizminin tətqiqi və onun elektrodinamikasının riyazi nəzəriyyəsinin yaradılması. Kompozit materiallarda adqezion möhkəmliyinin mexanizminin tətqiqi və kompozit materiallar üçün riyazi adqezion nəzəriyyəsini yaratmaq. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Iki komponentli mayenin kimyəvi dəyişməsinə bağlı olaraq elektromaqnit xüsusiyyətləri zamana ğörə dəyişmələrinin mexanizmi ilk olaraq riyazi yol ilə və onun əsasında riyazi tənliklər qurulub. İkinci liflərdən polimerizə edilmiş çubuğun boğaz hissəsində deformasiya modeli verilib. |
|
| |
|
|
| Cəbr və riyazi məntiq şöbəsi |
Struktur bölmənin rəhbəri: |
Əli Əvəz oglu Babayev
Fizika-riyaziyyat elmləri namizədi, dosent |
|
| |
|
|
| Tel: |
(050) 303-03-10 |
|
| E-mail: |
a.babayev49@gmail.com |
|
| İşçilərin ümumi sayı: |
15 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Funksional cəbrlərin və çoxqiymətli məntiqlərin struktur məsələləri; elm və texnikanın tarixi (N.Tusinin riyazi və məntiqi əsərlərinin tədqiqi). |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Klonların və iterativ cəbrlərin quruluşu dərindən araşdırılmışdır; k-qiymətli məntiqlərin bütün permutasion tam altklonları tapılmışdır. Qeyri-standart altdekart ayrılışları üçün Birkhof teoreminin analoqları alınmışdır. Evansın kəsişmə-yə ayrılmayan yarımqrup çoxobrazlıları haqqında məsələsi həll edilmişdir. Holomorf funksiyalar cəbrinin qeyri-kommutativ növündə mütləq bazis qurulmuşdur. Yanq-Mills meydanlarının avtoduallıq probleminin həllinə cəbri yanaşma işlənilmişdir. N.Tusinin “Tozlu lövhənin köməyi ilə hesab toplusu” əsəri ərəb dilindən azərbaycan dilinə tərcümə edilib araşdırılmışdır; müəyyən edilmişdir ki, qüvvətləri simvollarla işarə edən, hesab əməllərinin düzgün yerinə yetirilməsini yoxlamaq üçün meyarlar qaydasının “zəruri olub kafi olmadığını göstərən” ilk riyaziyyatçı N.Tusi olmuşdur. O, “Evklidin şərhi” əsərində riyaziyyat tarixində ilk dəfə stereometriyanın aksiomlarını vermişdir. İndiyə qədər bu yeniliklər N.Tusidən 3-4 əsr sonra yaşamış avropa alimlərinə aid edilirdi. |
|
| |
|
|
| Sürüncəklik nəzəriyyəsi şöbəsi |
Struktur bölmənin rəhbəri: |
Lətif Xəlil oğlu Talıblı
Fizika-riyaziyyat elmləri doktoru, professor |
|
| |
|
|
| Tel: |
(050) 281-29-92; 439-02-21(iş) |
|
| E-mail: |
ltalybly@yahoo.com |
|
| İşçilərin ümumi sayı: |
15 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Müxtəlif mexaniki xassəli cisimlərin riyazi modellərinin qurulması; gərginlik-deformasiya vəziyyətinin təyini məsələlərinin qoyulması və onların həlli üçün effektiv üsulların işlənib hazırlanması; mexaniki və termik möhkəm-lik kriteriyalarının qurulması. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Xətti izotrop özlüelastiklik nəzəriyyəsinin ümumi məsələsinin həllinin fərqli üsulunun verilməsi; özlü-elastik və özlüelastiki-plastik cisimlərin zamana görə ixtiyari qüvvə və temperatura təsirlərindən deformasiya və dağılma proseslərinin effektiv nəzəriyyələrinin işlənib hazırlanması, cisimlərin xarici sürtünmə zamanı səth laylarının yeyilməsi tənliyinin çıxarılması; natur konstruksiyaların dəğılmasının model konstruksiylar vasitəsilə modelləşdirilməsi; ixtiyari həndəsi ölçüyə malik cisimlərin korroziyadan dağılma vaxtını təyin etməyə imkan verən təcrübi-nəzəri üsulun işlənib hazırlanması; təsadüfü yükləmələr təsir edən konstruksiyaların dağılmasının proqnozlaşdırılması. |
|
| |
|
|
| Elastiklik nəzəriyyəsi şöbəsi |
Struktur bölmənin rəhbəri: |
İsak Salam oğlu Məmmədov
Fizika-riyaziyyat elmləri namizədi, dosent |
|
| |
|
|
| Tel: |
438-65-13 (iş) |
|
| İşçilərin ümumi sayı: |
10 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Xarici mühitlə qarşılıqlı təsirdə olan qeyri-bircins çubuq, lövhə və silindrik örtüklərin dayanıqlıq, sərbəst və məcburi rəqs, müstəvi ip, dairəvi membrana və mütləq çevik, açıq və qapalı profilli fırlanma örtüklərinin oxanəzərən simmetrik böyük deformasiyalarının düz və tərs, deformasiya prosesində zədələnən çubuq, lövhə və örtüklərin möhkəmlik, sərbəst və məcburi rəqs məsələlərinin tədqiqi.konstruksiya elementlərinin qeyri-xətti düz və tərs hidroelastiklik, mühitlə təmasda olduqda rəqs məsələlərinin həlli. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Xarici mühitlə qarşılıqlı təsirdə olan qeyri-bircins düzbucaqlı və dairəvi lövhələrin dayanıqlıq və sərbəst rəqs, müstəvi ip, dairəvi membrana və mütləq çevik açıq profilli fırlanma örtüklərinin oxanəzərən simmetrik böyük deformasiyalarının düz və tərs, cərəyan keçən, içərisi doldurulmuş və maqnit sahəsində yerləşdirilmiş silindrik örtüklərin məcburi, içərisi doldurulmuş və sərtlik çubuqları ilə möhkəmləndirilmiş silindrik örtüklərin sərbəst, elastiki zədələnən çubuqların məcburi rəqs məsələləri həll edilmişdir. |
|
| |
|
|
Dalğa dinamikası şöbəsi |
Struktur bölmənin rəhbəri: |
Cəfər Həsənağa oğlu Ağalarov
Fizika-riyaziyyat elmləri doktoru, professor |
|
| |
|
|
| Tel: |
498-87-08; (055) 306-91-21 |
|
| E-mail: |
Agalarov_Jafar@rambler.ru |
|
| İşçilərin ümumi sayı: |
16 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Deformasiya olunan bərk cisimlərdə (izotrop və aniizotrop) dalğaların yayılma hadisəsinin tədqiqi. Zərbə və dağılma məsələləri. Yeni həll metodlarının yaradılması. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
İp membrana və torların dinamikası nəzəriyyəsi yaradılmış, çevik rabitələrdə dalğa hadisəsinin eksperimental tədqiqi metodları və materialların dinamik xassələrinin təyin edilməsi üsulları işlənib hazırlanmışdır. Zərbə və konstruksiya elementlərinin dağılmasına dair, o cümlədən mürəkkəb strukturlu materiallar üçün, çoxlu sayda bir və çox ölçülü məsələlər həll edilmişdir. Dünya elmi praktikasında ilk olaraq düzbucaqlı prizmalarda qeyri-stasionar dalğaların yayılması hadisəsi dəqiq, üçölçülü nəzəriyyə bazasında tədqiq edilmış və uyğun analitik həllər alınmışdır. Dinamik dağılma hadisəsi də həmçinin ilk olaraq, eyni xətt üzərində olmayan, müxtəlif istiqamətli dağılmalar üçün nəzəri və eksperimental olaraq tədqiq edilmiş və real nəticələr alınmışdır. Maye və elastiki mühitlə doldurulmuş silindrik və sferik örtüklərin bütöv mühitdə stasionar və qeyri stasinar hərəkətləri tədqiq olunub. |
|
| |
|
|
Hesablama riyaziyyatı və informatika şöbəsi |
Struktur bölmənin rəhbəri: |
Fariz Beykəs oğlu İmranov
Fizika-riyaziyyat elmləri namizədi |
|
| |
|
|
| Tel: |
439-50-97 |
|
| E-mail: |
fariz@science.az |
|
| İşçilərin ümumi sayı: |
16 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Hesablama hidrodinamikasının, dinamik sistemlərin idarə olunması, tibbi diaqnostika məsələlərinin riyazi-informasiya texnologiyalarının işlənməsi. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Küləklərin qlobal vektorunun təsiri altında Xəzər dənizində axınların formalaşması prosesinin riyazi modeli qurulmuş, müvafiq riyazi proqram təminatı tərtib edilməklə coxsaylı hesablama sınaqları aparılmış, gercək instrumental ölcmələrlə uzlaşan vizual nəticələr-axınların sxemlərinin on-line 2D animasiyası alınmışdır. Katalitik reaksiya və regenerasiya prosesinin qapalı, dinamik istilik sisteminin predikativ-korrektor idarə olunması texnoloğiyasının alqoritmi, müvafiq riyazi proqram təminatı tərtib edilmiş, coxsaylı hesablama sınaqlarının vizual nəticələri - dinamik sistemin riyazi modelinin 3D faza portretlərinin on-line animasiyası alınmışdır. |
|
| |
|
|
Diferensial tənliklər şöbəsi |
Struktur bölmənin rəhbəri: |
Bala Ağa-Hüseyn oğlu İsgəndərov
Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü |
|
| |
|
|
| Tel: |
510-14-91 |
|
| E-mail: |
balaiskenderov07@rambler.ru |
|
| İşçilərin ümumi sayı: |
7 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələlərinin həll edilə bilməsi və onların həllərinin keyfiyyət xassələri. Diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin həllərinin tədqiqi və spektral xassələri. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Petrovskiyə ğörə korrekt tənlik və sistem tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində azalması üçün kafi şərt verilmişdir. Iki və yüksək tərtibli elliptik tənliklər üçün silindrik oblastlarda şüalanma prinsipləri isbat edilmişdir, limit amplitudu prinsipinin əsaslandırılmasında rezonans effekti aşkar edilmişdir. Məhdud oblastlarda və qeyri-məhdud silindrik oblastlarda Sobolev tənlikləri üçün Koşi məsələsi, qarışıq məsələlərin həlləri tədqiq edilmiş və bu həllərin zamanın böyük qiymətlərində asimptotik ayrılışı alınmışdır. Operator əmsallı Şturm-Liuvill tənliyi üçün sərhəd məsələsinin izi hesablanmışdır. Sərhəd şərtinə spektral parametr daxil olan ikinci tərtib diferensial-operator tənlik ücün sərhəd məsələsinin həll edilə bilməsi fredholmluğu və spektri öyrənilmişdir. |
|
| |
|
|
Maye, qaz mexanikası və plastiklik nəzəriyyəsi şöbəsi
Maye və qaz hərəkətində mexaniki-fiziki proseslər laboratoriyası |
Struktur bölmənin rəhbəri: |
Vaqif Camal oğlu Hacıyev
Fizika-riyaziyyat elmləri doktoru, professor |
|
| Laboratoriyanın rəhbəri: |
Geylani Minhac oğlu Pənahov
Texnika elmləri doktoru, RTEA-nın akademiki |
|
| |
|
|
| Tel: |
439-02-21 |
|
| E-mail: |
pan_vniineft@rambler.ru |
|
| İşçilərin ümumi sayı: |
23 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Nazikdivarlı anizotrop və izotrop konstruksiya elementlərinin möhkəmliyi, dayanıqlığı və rəqsi hərəkətləri məsələlərinin həlli metodikasının işlənməsi. Neft-mədən mexanikası, hidro- və qaz dinamikası ilə əlaqədar, riyazi modelləşdirmə, riyazi statistika və eksperimental tədqiqatlara əsaslanaraq enerji və resurslara qənaət texnologiyaların yaradılması. Fraktal qeyribircins məsaməli mühitlərdə heterogen sistemlərin axınlarında geyri tarazlıq struktur halların və elektrokinetik xüsusiyyətlərin öyrənilməsi. Neft yataqlarına periodik təsirlərin hidrodinamik modellərinin işlənməsi. Maye və qazlarda köçmə hallarının qeyri stasionar proseslərə təsirinin tədqiqi. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Xarici mühitin təsiri nəzərə alınmaqla, elastik-plastik, izotrop və anizotrop konstruksiya elementlərinin bir sıra məsələləri üçün həllər alınmış, özlüelastik cisimlərin parametrik rəqsləri və dinamik dayanıqlığının tədqiqi metodu işlənib hazırlanmışdır.
Geniş reoloji tədqiqiatlara əsaslanaraq yeni kompozit sistemləri yaradılmış və onlara diaqnostik əmsallar alınmışdır. Məsaməli mühitdə aralıq olan halda mayelərin bir-birinin sıxışdırmasında fraktal struktur əmələ gətirməsinə təsir edən əsas parametrlər qiymətləndirilmiş və yeni sənaye texnologiyalar təklif edilmişdir. Dispers sistemlərin axınlarında yaranan geyri müntəzəmliklərin qaz daxil edilməklə tənzimlənməsinin mümkünlüyü eksperimantal və nəzəri təsdiq edilmiş və bu istiqamət üçün texnoloji proseslər işlənib hazırlanmışdır. Məsaməli lay mühitlərində yüksək keçiricilikli kanallarda sədd yaradaraq süzülmədə əhatə dairəsinin genişləndirilməsi məqsəd ilə kvaziperiodik köpük yaratmasının nəzəri və praktiki əsasları işlənib hazırlanmışdır. |
|
| |
|
|
Riyazi fizika tənlikləri şöbəsi |
Struktur bölmənin rəhbəri: |
Rauf Vəli oğlu Hüseynov
Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü |
|
| |
|
|
| Tel: |
(050) 682-04-30; 498-72-75 |
|
| E-mail: |
raufvh@yahoo.com |
|
| İşçilərin ümumi sayı: |
15 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Divergent və qeyri-divergent strukturlu xətti və qeyri-xətti kvazielliptik tənliklər və kvazielliptik hissəli qeyri stasionar tənliklər üçün müxtəlif sərhəd məsələlərinin birqiymətli həll olunması, həllərin keyfiyyət xarakterlərinin tədqiqi, düz və tərs məsələlərin araşdırılması. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Yarımxətti psevdohiperbolik tənliklər və yarımxətti kvazielliptik hissəli hiperbolik tənliklər üçün Koşi məsələsinin qlobal həllərinin varlığı haqda Fucita tipli kriteriyalar alınmış. Əmsalların bir hissəsi hamar digər hissəsi isə qeyri hamar olan hiperbolik tənliklər üçün Koşi məsələsinin korrektliyi araşdırılmışdır. Bir sinif parabolik tənliklər sistemi üçün əmsallı çoxölçülü tərs məsələlərin həllinin şərti korrektliyi öyrənilmişdir. Divergent və qeyri-divergent strukturlu ikinci tərtib cırlaşan və cırlaşmayan elliptik və parabolik tənliklər və Kolmoqorov tənliyi üçün müxtəlif növ sərhəd məsələlərinin keyfiyyət xassələrini əks etdirən nəticələr alınmış, parabolik tənliklər üçün sərhəd nöqtəsinin requlyarlığının Viner və Petrovski tip kriteriyaları isbat edilmiş, Xarnak tipli bərabərsizliklər və həllərin Hölder kəsilməzliyi nəticələri alınmış, operator əmsallı tənliklərin spektral məsələləri öyrənilmişdir. Kvazielliptik tənliklərin mənfi spektri tədqiq edilmiş və onların sayı qiymətləndirilmişdir. 4-cü tərtib təkrar xarakteristikalı adi diferensial operatorların spektral xassələri tədqiq edilmiş və ayrılış teoremləri isbat edilmiş, səpilmə matrisi qurulmuş və ona nəzərən tərs məsələ öyrənilmişdir. İnteqro-diferensial yüklənmiş tənliklər üçün qeyri-lokal hədli sərhəd şərti daxilində məsələnin Fredholmluğu üçün kafi şərt alınmışdır. |
|
| |
|
|
Funksiyalar nəzəriyyəsi şöbəsi |
Struktur bölmənin rəhbəri: |
Məlik-Baxış Əli İkram oğlu Babayev
Fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi |
|
| |
|
|
| Tel: |
438-62-17 |
|
| E-mail: |
melikbaxısh@mail.ru |
|
| İşçilərin ümumi sayı: |
9 |
|
| |
|
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Çoxdəyişənli funksiyaların, dəyişənlərinin sayı az olan funksiyaların xətti və qeyri-xətti superpozisiyaları ilə yaxınlaşma; funksiyaların sərhəd xassələrinin tədqiqi, funksional fəzalarda daxil olma teoremləri. |
|
| |
|
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Funksiyaların yeni xətti və qeyri-xətti superpozisiyaları qurulmuş, onlarla ən yaxşı yaxınlaşmanın vacib məsələsi tədqiq edilmişdir, o cümlədən ən yaxşı yaxınlaş- manın dəqiq qiymətinin tapılması öyrənil- mişdir. Vekua mənada ümumiləşmiş anali- tik funksiyaların müəyyən alt sinifləri təyin edilmiş, onların sərhəd və ekstremal xassə- ləri öyrənilmişdir, funksional fəzaların daxilolma teoremləri alınmışdır. |
|
| |
|
|